04 iyun 2025 14:54
149

Avropanın qaz ehtiyatları azalır

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının doldurulması həmişəkindən daha ləng gedir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, "Qazprom" məlumat yayıb.

Şirkət hesab edir ki, Avropa noyabrın 1-dək 90%-lik hədəfə çatmaq üçün prosesi sürətləndirməlidir. 

“Avropa operatorları qarşıdakı beş ay ərzində anbarlara 41,9 milyard kubmetr qaz vurmalıdırlar”, - deyə şirkətin açıqlamasında bildirilir.