ABŞ-nin "Google" korporasiyası və Çilinin infrastruktur layihələri ilə məşğul olan dövlət şirkəti "Desarrollo País" Avstraliyaya fiberoptik kabelin çəkilməsi ilə bağlı müqavilə imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, kabel Valparaiso şəhərini 14 min kilometrlik kabel vasitəsilə Avstraliya ilə birləşdirəcək.
Kabelin 2025-2026-cı illərdə çəkiləcəyi, kommersiya istifadəsinə isə 2027-ci ildə başlanacağı gözlənilir.