06 iyun 2025 23:50
119

Trampdan həmin görüşlə bağlı AÇIQLAMA

ABŞ və Çin nümayəndələri ticarət sazişi üzrə danışıqlar aparmaq üçün iyunun 9-da Londonda görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb.

ABŞ tərəfdən görüşdə Xəzinədarlıq katibi Skot Bessent, Ticarət katibi Hovard Lutnik və ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir iştirak edəcək.

Tramp görüşün müsbət keçəcəyinə inandığını bildirib.