07 iyun 2025 12:57
103

Husilər: Yəmən hökuməti əsir mübadiləsinə dair hərtərəfli razılaşmaya hazırıq

“Qurban bayramı münasibətilə qarşı tərəfi (qanuni hökuməti) istisnasız və ilkin şərt olmadan bütün tərəfləri əhatə edən hərtərəfli məhbus mübadiləsi həyata keçirməyə dəvət edirik”.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bunu Husilərin Əsirlər Komitəsinin sədri Əbdülkadir əl-Mürtəza deyib. Onun sözlərinə görə, husilər bu prosesi ən qısa zamanda həyata keçirməyə hazırdırlar.

Yəmən hökuməti hələlik çağırışla bağlı rəsmi açıqlama verməyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”