Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Qurban bayramı münasibətilə tədbir keçirib.
“İki sahil” SOCAR-a istinadla xəbər verir ki, tədbir korporativ sosial məsuliyyət strategiyası çərçivəsində və ölkədə sosial sahədə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədilə şirkətin baş ofisində təşkil olunub.
Tədbirdə Vətən müharibəsində iştirak etmiş və Şəhidlik zirvəsinə ucalmış SOCAR əməkdaşlarının 7–12 yaşlı övladları iştirak ediblər. Onlar üçün əyləncəli proqram hazırlanıb, müxtəlif hədiyyələr təqdim olunub.
AZAL: Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər