07 iyun 2025 12:42
106

Fransa İsrailin mümkün qədər tez Livan ərazisindən çıxmasını istəyir

Fransa Xarici İşlər Nazirliyi İsrailin Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə etdiyi hücumlar pislənib.

İki sahil” xəbər verir ki, bəyanatda tərəflər atəşkəs razılaşmasına əməl etməyə çağırılıb və İsraildən “mümkün qədər tez bütün Livan ərazilərini geri çəkməyi” tələb edib.

Bəyanatda xatırladılıb ki, Livan ərazisində atəşkəs razılaşması çərçivəsində yaradılan monitorinq mexanizminin məqsədi Livan və İsrailin təhlükəsizliyinə və sabitliyinə zərər verəcək hər hansı eskalasiyanın qarşısını almaqdır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”