ABŞ İran rəhbərliyinin xeyrinə çirkli pulların yuyulması ilə mübarizə məqsədilə 10 fiziki və 27 hüquqi şəxsə sanksiya tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
ABŞ hakimiyyətinin fikrincə, sanksiyalara məruz qalan şirkətlər və şəxslər Amerika sanksiyalarından yayınaraq neft və digər mallar satmaqla bir neçə milyard dolları yumağa müvəffəq olan sxemdə iştirak ediblər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan məlumatlara görə, İranın doqquz, Çinin bir vətəndaşına məhdudiyyətlər tətbiq edilib. Bundan əlavə, 27 şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalıb ki, onlardan 17-si Honq-Konqda, 5-i BƏƏ-də, eyni sayda isə İranda yerləşir.
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dəki aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan olunması deməkdir.