Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli binada yanğın nəticəsində üç nəfər ölüb.
“İki sahil” “Habertürk”ə istinadla xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən bildirilib.
Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.
Daha əvvəl 23 nəfərin tüstüdən zəhərləndiyi və onların xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.
20:51
***
Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli bina yanır.
“İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, hadisə Kayapımar rayonunda baş verir.
Yanan binadan 38 nəfər təxliyə olunub. Onlardan biri körpədir. Təxliyə prosesi davam edir.
Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi məlum deyil.