04 iyun 2025 14:17
157

NATO ELAN ETDİ: PUA və raketlər alınacaq

NATO hava hücumundan müdafiə sistemləri, PUA və uzaq mənzilli raketlərin alınmasına üstünlük verəcək.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

“Prioritetıərimiz hava hücumundan müdafiə sistemləri, raketdən müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və logistika aktivləri olacaq”, - deyə, o, bildirib.

Aİ-nin 27 ölkəsindən 16-sı hərbi xərclərini artırmaq üçün Avropa Komissiyasından dövlət büdcəsinin kəsirini 1,5% artırmaq üçün icazə istəyib.