Rusiyanın Bryansk vilayətinin dəmir yolu xəttində daha bir partlayış törədilib.
Hadisə Moskva vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) Uneça-Jeça hissəsində qeydə alınıb.
Həmin vaxt oradan rels ölçən qatarın keçdiyi qeyd olunur. Tələfat olmayıb, qatara ziyan dəyməyib.
Qeyd edək ki, gecə saatlarında Bryansk vilayətinin Vıqoniçi kəndi ərazisində partlayış nəticəsində körpü uçub, həmin an onun altından sərnişin qatarı keçib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 73 insan yaralanıb.
"Report"