Türkiyə Bingöl vilayətində iki zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata əsasən, 4,4 maqnitudalı birinci zəlzələnin episentri Kiqı rayonundan 1.57 km aralıda yerləşib. Zəlzələnin ocağı 7.02 km dərinlikdə olub.
İkinci zəlzələnin maqnitudası 3,6 təşkil edib. Təkanların episentri Kiqı rayonunda olub. Zəlzələnin ocağı 11.13 km dərinlikdə yer alıb.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə heç bir məlumat verilməyib.