Böyük Britaniya vətəndaşları bu ilin payızından etibarən Avropa İttifaqına (Aİ) hər səfərlərində barmaq izlərini təqdim etməli və fərdi şəkildə şəkil çəkdirməli olacaqlar.
“İki sahil” “Independent”ə istinadla xəbər verir ki, yeni qaydalar Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün tətbiq olunacaq biometrik giriş sisteminin bir hissəsidir. “Port of Dover” limanının nümayəndəsi bildirib ki, bu sistem Fransa və Niderland kimi ölkələrlə gediş-gəlişə təsir edəcək və avtomobillə səyahət edən britaniyalılar nəqliyyat vasitəsini tərk edərək yoxlamadan keçməli olacaqlar.
Qeyd edək ki, bu sistemin ötən il istifadəyə verilməsi planlaşdırılırdı, lakin texniki səbəblərdən ləngimə baş verib.