01 iyun 2025 18:46
163

Türkiyə XİN: Sabah İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş planlaşdırılır

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşün iyunun 2-də Türkiyə vaxtı ilə saat 13:00-da İstanbulun Çırağan sarayında başlaması nəzərdə tutulur.