İranın xarici işlər naziri Abbas Ərakçi ABŞ prezidenti Donald Trampın təxminən iki həftə əvvəl qeyd etdiyi nüvə sazişi təklifinin Oman xarici işlər naziri Bədr əl-Busaidi tərəfindən onlara çatdırıldığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, XİN Başçısı sosial media hesabından yaydığı məlumatda, "Əziz qardaşım, Omanın xarici işlər naziri Bədr əl-Busaidi Tehrana qısa bir səfər etdi və ABŞ-ın təklifini təqdim etdi. Bu təklifə İranın prinsipləri, milli maraqları və xalqının hüquqları çərçivəsində müvafiq cavab veriləcək", - deyə qeyd edib.
Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun İrana təfərrüatlı və məqbul bir təklif göndərdiyini və bunu qəbul etməyin İranın xeyrinə olacağını bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”