01 iyun 2025 20:29
164

Ukrayna Rusiya hərbi aviabazalarına hücumları barədə ABŞ-ni əvvəlcədən xəbərdar edib

Ukrayna Rusiyanın hərbi hava bazalarına pilotsuz uçuş aparatları ilə hücumu barədə ABŞ-yi əvvəlcədən məlumatlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Axios” adı açıqlanmayan respublikaçı rəsmiyə istinadən məlumat yayıb.

Vurğulanıb ki, əməliyyat Ukrayna təhlükəsizlik xidməti tərəfindən həyata keçirilib və bir ildən çoxdur planlaşdırılıb.

Qeyd edək ki, Kiyev bir neçə bazada onlarla strateji bombardmançı təyyarəni hədəfə alaraq Rusiya ərazisinə misli görünməmiş zərbələr endirib.

Artıq Rusiya Müdafiə Nazirliyi ölkənin Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara Ukraynanın PUA-lar ilə zərbələr endirdiyini təsdiq edib.