03 iyun 2025 08:30
170

Türkiyədə zəlzələ olub

Muğlanın (Türkiyə) Marmaris şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.

İki sahil” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

Muğla valisi İdris Akbıyık hadisə ilə bağlı deyib: ''Marmaris sahillərində baş verən 5,8 bal gücündə zəlzələ ilə əlaqədar hazırda vilayətdə mənfi vəziyyət yoxdur. Sahənin skan edilməsi işləri davam edir. Bütün vətəndaşlarımıza tezliklə sağalmalarını diləyirəm.''

Məhərrəm Ağalaroğlu, “İki sahil”