04 iyun 2025 22:12
140

Zelenski: Rusiyanın “memorandumu” Vyana Konvensiyasını pozur

Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi “memorandum” “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur. Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur.

“Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb. Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil. Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”, – deyə Zelenski bildirib.

Onun fikrincə, əgər Rusiya Ukraynadan istənilən ittifaqdan çıxmağı tələb edirsə, o zaman Rusiya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır.