06 iyun 2025 12:48
68

Ermənistan parlamenti qarşısında qarşıdurma olub

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenkonun spiker Alen Simonyanla görüşü zamanı Ermənistan parlamentinin binası qarşısında aksiya keçirilib.

“İki sahil” xəbər verir ki, eyni vaxtda Rusiyanı dəstəkləyən və Moskvanın əleyhinə olan iki qrup binanın qarşısında aksiya təşkil edib. Qruplardan biri Rusiyanı dəstələyən plakatlar qaldırıb, şüarlar deyib. Digər qrup isə əllərində Rusiyanın əleyhinə plakatlar tutub, şüarlar səsləndirib. Aksiya zamanı qruplar arasında sözlü atışma və fiziki qarşıdurma baş verib. Lakin polis insidentin böyüməsinə imkan verməyib.