07 iyun 2025 01:35
125

Duda və Tramp NATO-nun şərq cinahının təhlükəsizliyini müzakirə ediblər

Polşa Prezidenti Andjey Duda və ABŞ lideri Donald Tramp Haaqada keçiriləcək alyans sammiti öncəsi telefon danışığında NATO-nun şərq cinahının təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, Polşa lideri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İndicə ABŞ Prezidenti Donald Trampla çox yaxşı telefon danışığım oldu. Əsas mövzular bu yaxınlarda başa çatmış "Buxarest doqquzluğu" sammiti, NATO-nun Haaqada keçiriləcək toplantısı kontekstində Polşanın və regionumuzun təhlükəsizlik məsələləri idi", - Duda yazıb.

Bundan əlavə, liderlər alyansa üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələsini də müzakirə ediblər.