07 iyun 2025 16:30
128

Finlandiya Müdafiə Nazirliyinin binasını boyadılar

Naməlum şəxslər Helsinkidə Finlandiya Müdafiə Nazirliyinin binasını boyayıblar.

İki sahil”in məlumatına görə, insident cümə günü gecə baş verib.

“Yle”nin məlumatına görə, yerli vaxtla təxminən 01:42-də binanın fasadına çəhrayı boya vurulub.

İlkin məlumata görə, hadisədə bir kişi və bir qadının iştirakı ehtimal edilir. Onlar hadisə yerindən qaça biliblər.

Bu aktın məsuliyyətini “Fələstin Fəaliyyəti” adlı bir qrup öz üzərinə götürüb. Onlar Qəzzada hərbi münaqişənin və Finlandiya Müdafiə Nazirliyinin İsrailin müdafiə şirkətləri ilə əməkdaşlığının əleyhinə olduqlarını bildiriblər. Qrupun məlumatına görə, aksiya zamanı suda həll olunan boyadan istifadə olunub.

Helsinki polisi bildirib ki, hadisə ilə bağlı təhqiqat ilkin mərhələdədir və şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”