Polşanın yeni seçilmiş prezidenti Karol Navroçki Ukraynanın Avropa İttifaqına (Aİ) sürətlə daxil olmasına qarşı olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə o, Macarıstanın “Mandiner” nəşrinə müsahibəsində deyib.
O vurğulayıb ki, bu məsələ müzakirə edilərkən Ukraynanın sürətləndirilmiş inteqrasiya prosesindən zərər çəkə biləcək digər ölkələrin də maraqlarının nəzərə alınması vacibdir.
“Hazırda mən Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinəyəm. Ukrayna bilməlidir ki, Polşa və Macarıstan kimi digər Avropa ölkələrinin də öz maraqları var”.
Onun fikrincə, Ukraynanın Aİ-yə üzvlüyü bu ölkələrin iqtisadiyyatına və kənd təsərrüfatına mənfi təsir göstərə bilər.
Navroçki qeyd edib ki, hətta müxalifətdəki “Hüquq və Ədalət” partiyasının namizədi kimi o, bu ideyanı dəstəkləməyib və vəzifəyə gəldikdən sonra fikrini dəyişməyəcək.