Rusiyanın Moskva vilayətinin Puşkino şəhərində içərisində qaz balonları və yanar maye olan 21 min kv.m sahədə anbar yanır.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, fövqəladə vəziyyətlə əlaqədar Yaroslavskoe və İvanteyevskoe magistrallarında nəqliyyatın hərəkəti dayandırılıb.
Polis yanğın baş verən ərazidə mühasirəyə alıb və yanğının ətrafındakı 500 metrlik ərazini təhlükəsizlik zonası elan edib. Yanğının söndürülməsində 100-dən çox canlı qüvvə və 27 texnika iştirak edir.
Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, anbarın damı 13 min kv.m sahədə çöküb.
Hazırda yanğın 21 min kvadratmetr sahədə lokallaşdırılıb. Moskva vilayət prokurorluğu yanğının baş vermə səbəblərinin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.