07 iyun 2025 16:10
110

Şimali Koreyada internet çökdü

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreyada internetin işində ciddi nasazlıq baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, nasazlıq nəticəsində dövlət saytları və rəsmi xəbər mənbələrinə giriş mümkün olmayıb.

Belə ki, dövlətin rəsmi media orqanı olan Mərkəzi Xəbər Agentliyinin, "Koreyanın səsi" radiostansiyasının və əsas partiya nəşri olan "Fəhlə qəzeti" saytlarına giriş mümkün olmayıb. KXDR Xarici İşlər Nazirliyinin rəsmi portalı da fəaliyyətini tamamilə dayandırıb.