06 iyun 2025 11:12
110

Sərnişin avtobusu qəzaya uğrayıb, ölən və çoxlu sayda xəsarət alan var

Türkiyənin Konya vilayətinin Ereğli rayonu ərazisində baş verən avtobus qəzasında bir nəfər həyatını itirib, 10-u ağır olmaqla 26 nəfər xəsarət alıb.

“İki sahil” bu barədə Türkiyə KİV-ə istinadən məlumat verib.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə yerində polisin araşdırma apardığı qeyd olunur.