Amerika Birləşmiş Ştatları və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışır.
“İki sahil” xəbər verir ki, bu məlumat ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
“CDA Guevara və Hessi bu yaxınlarda gözəl Abşeron Milli Parkında gəzintiyə çıxaraq Xəzər dənizinin gözoxşayan gözəlliyindən zövq aldılar. Birləşmiş Ştatlar onilliklərdir ki, Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana radarlar, patrul qayıqları, sualtı texnologiyalar və təlimlər daxil olmaqla yardım göstərərək tərəfdaşlıq edir. Bu yardım 320 milyon dollar həcmində olub. Birləşmiş Ştatlar və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışır”, - məlumatda bildirilib.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB