Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.
Qanunla 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir