Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qaragenlə hələlik görüşmək istəmədiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmmadığını deyib: "II Qaragenlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifəti bürünüb. Din adamın bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir