Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş verir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda dinlər və məzhəblər arasında hər hansı münaqişə yoxdur:
"Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda İslamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edilib. Qərarda göstərilib ki, Azərbaycanın bu sahədəki təcrübəsi nümunə götürülməlidir.
O konfransda qəbul olunan bəyənnaməni bu yaxınlarda dərc edəcəyik. Müsəlman Ağsaqqallar Şurasının konfransı gələn il Azərbaycanda keçiriləcək. Dövlət başçısının apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası ədavət yoxdur".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir