Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların, soydaşlarımızın problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir
“İki sahil” xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 7-də İvano-Frankovsk şəhərində yaşayan soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib.
Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov İvano-Frankovsk vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
Q.Ağadadaşov bildirib ki, səyyar qəbulda ilk dəfə olaraq mobil pasport avadanlıqları ilə passport müraciətləri də qəbul olunub.
Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik tərəfindən ölkənin müxtəlif şəhərlərində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
Səyyar görüşlərin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar verməkdir.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək