Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb.
Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib.
Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir