13 iyun 2025 07:39
158

İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi və “SEPAH”ın komandanı ölüb

İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.

“İki sahil” bu barədə İran mediasına istinadla xəbər verir.

“SEPAH” öz növbəsində bəyanat yayaraq baş komandanının öldüyünü təsdiqləyib.

Bundan başqa İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxani İsrailin zərbəsi nəticəsində ağır yaralanıb.

Eyni zamanda hava zərbələri İranın Atom Enerjisi Təşkilatının rəhbəri Fereydun Abbasi və İslami Azad Universitetinin prezidenti Məhəmməd Mehdi Tehrançinin vəfatına səbəb olub.