13 iyun 2025 11:47
150

Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir - Sahibə Qafarova

Ümummilli Lider Heydər Əliyevin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması, Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 13-də keçirilən iclasında deyib.

O bildirib ki, Ulu Öndərin başlatdığı tarixi missiya bu gün eyni əzm və iradə ilə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəldib. Bu gün Azərbaycan Respublikası dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətdir. Əminliklə söyləmək olar ki, Heydər Əliyev zəkasından güc almış Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı dövrdə yeni böyük uğurlara imza atacaq.