15 iyun 2025 14:40
138

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

“AMANAT” partiyası türk dövlətləri arasında partiyalararası əlaqələrin gücləndirilməsi istiqamətində daim böyük işlər görür. Çünki əsas məqsədlərimizdən biri bu dialoqun daha da inkişaf etdirilməsidir.

“İki sahil” xəbər verir ki, bunu Şuşada jurnalistlərə müsahibəsində Qazaxıstanın “AMANAT” Partiyasının icra katibi - Daulet Kəribek deyib.

“Bildiyiniz kimi, Qazaxıstan 2020-ci ilin dördüncü rübündə Türk Dövlətləri Təşkilatına sədrliyi həyata keçirib və burada “Türk zamanı” adlı böyük bir istiqamət var ki, bu sahədə də yeni işlər görmüşük. Biz Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edir, gəncləri məlumatlandırır və bu sahədə tədqiqatlar aparırıq. Mən bu istiqamətdə işləri gücləndirmək üzərində çalışıram və hesab edirik ki, bu cür addımlar ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirəcək və yeni mərhələyə yüksəldəcək. Biz buna tam əminik”, - deyə - Daulet Kəribek bildirib.