15 iyun 2025 20:15
132

Qurban bayramında 3 milyon 330 min heyvan kəsilib - Türkiyədə

"Qurban bayramında Türkiyədə 830 min iri və 2,5 milyon baş xırdabuynuzlu heyvan kəsilib, ümumilikdə 3 milyon 330 min baş heyvan kəsilib".

İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

Onun sözlərinə görə, qurbanlıq heyvanlarla bağlı problem olmayıb.

Türkiyənin kənd təsərrüfatı gəlirlərinə görə Avropada birinci, dünyada isə ilk 10-luqda olduğunu bildirən nazir, 2024-cü ilin sonuna qədər 186 ölkəyə 2218 növdə məhsul satıldığını, 32,6 milyard dollarlıq kənd təsərrüfatı ixracatının həyata keçirildiyini xatırladıb.

Ölkənin öz ehtiyaclarını qarşılayacaq qədər güclü olduğunu vurğulayan Yumaklı əlavə edib: "Bizim kifayət qədər problemimiz yoxdur. Sərhədlərimiz bağlı olsa da, özümüzü təmin etməkdə heç bir problemimiz yoxdur. Heyvan istehsalına gəlincə, süd istehsalında dünyada 10-cu yerdəyik. Qırmızı ət istehsalında - iribuynuzluda 9-cu, xırdabuynuzluda 5-ci yerdəyik. Ağ ət istehsalında dünyada 9-cu, Avropada birinciyik. Dünyada yumurta istehsalına görə hələ də 10-cu, Avropada isə 1-ci yerdəyik. Öz ölkələrinin istehsal gücünə və qabiliyyətinə inanmayanlar, başlığı nə olursa olsun, “Ah, kənd təsərrüfatı bizim üçün bitdi”, - deyir. Əgər kənd təsərrüfatı bitibsə, bu rəqəmlər nədir? Bu rəqəmləri biz açıqlamırıq, Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT) açıqladığı rəqəmlər var”.

Nazir, 2002-ci ildə ölkənin ümumi ixracatının 30 milyard dollar civarında olduğunu və bu gün bu rəqəmin yalnız kənd təsərrüfatı sektorunun qeydə alındığını xatırladıb.

Qurban bayramında qurbanlıq heyvanlarla bağlı problem olmadığına diqqət çəkən Yumaklı sözlərini belə davam etdirib: "Bu il keçən il kəsilənlərdən 50 faiz çox qurbanlıq təmin etdik. Bütün istehsalçılarımıza buna diqqət yetirdilər. Bu il kəsilməyən, əldə qalan qurbanlıq heyvanlar olarda, "Ət və Süd Müəssisəsi olaraq alacağıq", - dedik. İstehsalçı və ya istehlakçı üçün heç bir problem yaşanmadı. Ümumilikdə 3 milyon 330 min baş heyvan kəsildi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”