Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciətə əsasən, yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
“İki sahil” xəbər verir ki, dünya çempionatının 2027-ci ilin 28 fevral-7 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.