17 iyun 2025 09:27
89

Gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən sənəd

Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə, iki qardaş xalqın tarixi bağlarına söykənir. Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderlərin söylədiyi fikirlər bu sənəddə əks olunur. Bu bəyannamə eyni zamanda ortaq keçmişə hörmətin və gələcək nəsillərə verilən dəyərin göstəricisidir.Bəyannamə yalnız dostluq sənədi deyil, eyni zamanda strateji hədəfləri olan siyasi səddir. O, bölgədə və beynəlxalq müstəvidə birlikdə hərəkət etməyə, ortaq maraqları qorumağa çağırış edir.

Bu sənəd Azərbaycan və Türkiyənin birgə güc nümayişidir. İki ölkə arasında imzalanan sənəd müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəyə çatdığını göstərir. Bu münasibət yalnız kağız üzərində deyil, real əməkdaşlıq və dəstək üzərində qurulub. Sarsılmaz müttəfiqlik bölgədə sabitlik və təhlükəsizlik üçün vacib rol oynayır. Bəyannamə siyasi, iqtisadi, hərbi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Hərtərəfli əməkdaşlıq iki ölkənin daha da yaxınlaşmasına və qarşılıqlı inkişafına zəmin yaradır.

Sənəd iki ölkənin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Texnologiya, enerji, müdafiə sənayesi və regionlararası layihələr kimi sahələrdə yeni imkanlar açılır. Bu, qarşılıqlı inkişafa təkan verir və ortaq innovasiyaların yaranmasına şərait yaradır.

İqtisadi əməkdaşlıq bu bəyannamənin mühüm istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artması, birgə investisiya layihələrinin icrası və regional iqtisadi layihələrdə ortaq iştirak iki ölkənin iqtisadi qüdrətini daha da möhkəmləndirir.Azərbaycan və Türkiyə münasibətləri uzun illərdir ki, yalnız diplomatik deyil, həm də tarixi, mədəni və mənəvi baxımdan xüsusi önəm daşıyır. Bu münasibətlər Atatürk və Heydər Əliyev kimi böyük liderlərin ideyalarına əsaslanaraq zamanla daha da möhkəmlənmişdir. 2021-ci ildə Şuşada imzalanan Azərbaycan-Türkiyə Müttəfiqlik Bəyannaməsi bu əlaqələri yeni mərhələyə daşıyaraq, onları hüquqi və strateji çərçivəyə saldı. Məqalədə bu sənədin tarixi əsasları, strateji əhəmiyyəti, müttəfiqlik ruhu və gələcək perspektivləri ətrafında geniş təhlil təqdim olunur.

Qurban Mərdanov,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı