İtaliyanın “Leonardo” şirkəti ilə Türkiyənin “Baykar” şirkəti birgə müəssisə yaradıb.
“İki sahil” xəbər verir ki, hər iki texnologiya nəhənginin 50 faiz payı olan “LBA Systems” şirkəti pilotsuz texnologiyalar sahəsində ixtisaslaşacaq. Mərkəzi ofisi İtaliyada yerləşəcək şirkət pilotsuz uçuş aparatlarının dizaynı, inkişaf etdirilməsi, istehsalı və texniki xidməti ilə məşğul olacaq.
Bununla bağlı müqavilə Paris Aviasiya Sərgisi çərçivəsində “Leonardo” şirkətinin baş icraçı direktoru Roberto Cinqolani ilə “Baykar” şirkətinin İdarə Heyətinin sədri və texniki direktoru Selçuk Bayraktar arasında imzalanıb. Birgə müəssisə sayəsində hər iki şirkət Avropa və beynəlxalq bazarlarda aktiv rol oynamağı hədəfləyir.