17 iyun 2025 15:30
134

AHİİTA idmançıları beynəlxalq arenada fərqləndilər

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təmsilçiləri Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən idman karatesi (WKF) üzrə “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində uğurlu nəticələr əldə ediblər.

“İki sahil” xəbər verir ki, Nigar Xanvəliyeva, U-14 yaş kateqoriyasında 54 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub.

Fatimə Cəbrayılova isə böyüklər arasında 50 kq çəki dərəcəsində çıxış edərək  gümüş medal qazanıb.

Qeyd edək ki, hər iki idmançı Əməkdar məşqçi Seymur Xudaverdiyevin tələbələridir.