17 iyun 2025 15:38
112

Paşinyan Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 20-də Türkiyəyə səfər edəcək.

“İki sahil” erməni KİV-lərinə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Ermənistanın baş naziri Türkiyəyə səfər edəcək. Bütün regional məsələlər müzakirə olunacaq. Bu tarixi səfərdir, çünki bu, Ermənistan rəhbərinin bu səviyyədə ilk səfəridir", -o qeyd edib.