18 iyun 2025 09:16
90

Trampın xüsusi nümayəndəsi Lukaşenko ilə görüşmək niyyətindədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq yaxın günlərdə Minskə səfər edərək Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Bu, uzun illərdən sonra Amerika rəsmisi ilə Belarus lideri arasında ilk görüş olacaq. Agentliyin mənbələri bildiriblər ki, potensial söhbətin mövzuları qeyri-müəyyəndir, baxmayaraq ki, Kelloq bu səfəri Ukraynada münaqişəyə son qoymaq üçün sülh danışıqlarının başlanmasına kömək edə biləcək addım kimi təqdim edib.

Dövlət Departamenti və Belarusun Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib. Kelloq və Ağ Ev bu məlumatla bağlı şərh tələbinə cavab verməyib. .

Agentlik bildirib ki, bu cür səfərlər diqqətli məsləhətləşmə tələb edir və planların dəyişməsi, görüşün təxirə salınması və ya hətta ləğv edilməsi mümkündür.

“Reuters”in ABŞ administrasiyasındakı mənbələrinə görə, Amerika hakimiyyəti Minski az da olsa, Moskvanın təsir dairəsindən çıxarıb Vaşinqtonun orbitinə salmağın yollarını müzakirə edir.