Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi iyunun 18-də Bakıda Zəfər parkını ziyarət edib.
“İki sahil” xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Şimali Makedoniya Respublikası Assambleyasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Qərbi Azərbaycan İcması davamlı sülh və qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans təşkil edib
Maliyyə Nazirliyində YAP-a yeni qəbul olunan əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib - FOTO
İsrail səfiri: Azərbaycanla kibertəhlükəsizlik, süni intellekt və su texnologiyaları sahəsində əməkdaşlığımız genişlənəcək