İyunun 19-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası çərçivəsində təşkilata üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.
“İki sahil” xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıblar.