Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində çıxışında deyib.
“İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir