Türkiyə ilə Azərbaycan arasında tale birliyinin əsas sübutu açılışı həyata keçirilən məhəllədir.
“İki sahil” "Report”a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində deyib.
“Biz iki dövlətin tək ürək daşıyan övladlarıyıq”, - dövlət başçısı qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyədə zəlzələ olanda ilk köməyə gələn ölkələrdən biri Azərbaycan olub:
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq. Zəlzələdə dağılmış bu məhəllə Azərbaycanın dəstəyi ilə yenidən inşa edilib. İlham Əliyev və Mehriban Əliyevanın dəstəyini həmişə xatırlayacağıq. Kahramanmaraşı hər şeylə təmin olunmuş bir yaşayış sahəsinə çevirmişik”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir