Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Prezidentinə tabe olacaq.
“İki sahil” "Report"a istinadla xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir