Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Sumı vilayətinin tutulmasını istisna etmədiyini bildirib. Amma o, hazırda belə bir vəzifənin olmadığını qeyd edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, ölkə lideri bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
"Bizim belə bir məqsədimiz yoxdur. Amma, prinsipcə, mən bunu istisna etmirəm", - o deyib.