21 iyun 2025 13:50
119

Son qərar vəziyyətin necə inkişaf etməsindən asılı olaraq veriləcək - Vens

ABŞ-ın vitse-prezident J.D.Vens deyib ki, ABŞ prezidenti Donald Tramp İranla diplomatik nizamlanmaya nail olmağa çalışmağa davam edəcək, lakin onun nüvə proqramını məhv etmək üçün güc tətbiq etməyə hazırdır.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

"O, mümkün qədər diplomatik üsullara sadiq qalacağını söylədi" -  deyə, Vens bildirib.

Onun sözlərinə görə, ABŞ lideri yalnız diplomatiya uğursuzluqla nəticələnərsə, güc tətbiqinə icazə verir.

Vens onu da vurğulayıb ki, son qərar vəziyyətin necə inkişaf etməsindən asılı olaraq veriləcək və Tramp mümkün hərəkətləri əvvəlcədən açıqlamaq niyyətində deyil.