21 iyun 2025 17:58
134

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlamalar aparıb

Hesablama Palatasında keçirilmiş növbəti kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.

“İki sahil” bu barədə Palataya istinadla xəbər verir.

Məlumata görə, müzakirələrin yekununda hesabat təsdiqlənib və aidiyyəti üzrə təqdim olunmasına dair qərar qəbul edilib.

İclas qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə baş tutub. İclasda həmçinin Palatanın 2021–2025-ci illər üzrə Strateji Planına uyğun olaraq dövlət auditinin rəqəmsallaşdırılması və böyük verilənlərin təhlili üzrə fəaliyyətin optimallaşdırılmasına xidmət edəcək texniki həllərin qurulması istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan işlər müzakirə olunub.

Müzakirələr zamanı bu istiqamətdə hazırlanmış ilkin konsepsiya dəstəklənib, aidiyyəti prosedurlara başlanılması və hüquqi-tənzimləyici bazanın formalaşdırılması üzrə işlərin aparılması ilə bağlı qərar qəbul edilib.

İclasda Palatanın fəaliyyəti ilə bağlı gündəlikdə duran digər məsələlərə də baxılıb.