Qazaxıstan Xarici İşlər Nazirliyi Qəzza zolağı sakinlərinin Qazaxıstan, Özbəkistan və Tacikistana köçürülməklə təxliyəsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
“İki sahil” “StopFake” resursuna istinadla xəbər verir ki, yalan məlumatda mərhələli təxliyənin 2026-cı ildə başlayacağı iddia edilib.
“Bu məlumat həqiqətə uyğun deyil. Sizdən yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik”, - deyə Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib.