Malatyada (Türkiyə) toy konvoyunda iki avtomobilin toqquşması nəticəsində 11 nəfər yaralanıb.
“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza axşam saatlarında baş verib.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib. Qəzada xəsarət alan biri uşaq olmaqla 11 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhərin müxtəlif xəstəxanalarına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
General Əsədi: Tehranda ABŞ tərəfindən hərbi əməliyyatların bərpası istisna edilmir
Merts "Avropa Siyasi Birliyi"nin İrəvanda keçiriləcək sammitində iştirak etməyəcək